Hidayətlə Zelimə yüksək pul mükafatı verildi - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılarımız mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, pul mükafatı verilən idmançılar arasında ən yüksək məbləğ Olimpiya çempionlarına düşüb. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Olimpiya çempionu olan Hidayət Heydərov və Zelim Kotsoyevin hər birinə 400 min manat mükafat verilib. Əlavə olaraq onların hər birinə Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat verilib. Beləliklə, hər bir Olimpiya çempionu 600 min manat qazanmış olub.

Onların məşqçiləri də müvafiq olaraq 200 min və 100 min manat - ümumilikdə 300 min mükafata sahib çıxıblar.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov və 100 kq çəkidə Zelim Kotsoyev qızıl medallara sahib çıxıblar.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR