"Qalatasaray" ulduzlarını itirir - Getmək istəyənlər bəlli oldu

Kerem Aktürkoğlu və Zaha "Qalatasaray"dan ayrılmaq niyyətindədir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin idman direktoru Cenk Ergün məlumat verib. Onun sözlərinə görə, Kerem Aktürkoğlu kariyerasını başqa ölkədə davam etdirmək istəyir:

"Kerem təkcə "Qalatasaray"ın yox, türk futbolunun dəyərli parçasıdır. Karyerasını başqa ölkədə davam etdirmək istədiyini bizə açıq şəkildə bildirdi. Biz də onun uyğun görəcəyi, klubun da razı qalacağı təklif olarsa dəyərləndirəcəyimizi dedik. Maraqlanan klublar var, amma hazırda konkret transfer faktı yoxdur".

Zaha ilə bağlı danışan idman direktoru qeyd edib ki, futbolçunun ayrılma tələbi olub və hazırda danışıqlar davam edir.

Qeyd edək ki, daha öncə türk mediası Zahanın yenidən İngiltərəyə qayıdacağını yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı