Qəzzada son 24 saat ərzində hücumlar nəticəsində 40 nəfər ölüb, 107 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərdən bəziləri hələ də dağıntılar altındadır.
İsraillə müharibə başlayandan bəri anklavda 40 005 nəfər ölüb. Yaralıların sayı 92,4 min nəfərə çatıb.