Afət bu görüntüyə görə ərindən boşanır - VİDEO

Tanınmış müğənni Afət Fərmanqızı boşanır.

Metbuat.az xəbər verir ki, bununla bağlı müğənni özünün sosial şəbəkə hesabında məlumat yayıb. O, paylaşdığı videoda qeyd edib:

"Bir neçə ay əvvəl televiziya proqramlarından birinə qonaq idim. Orada mənim oğlumun atasının şəkili efirdə göstərildi. Efirdən çıxanda yoldaşım mənə zəng etdi və dedi ki, "bunu sən düzüb qoşmusan". Zaurun da nömrəsini verdim kİ. zəng et özündən soruş, onun da xəbəri yox idi. O adam belə şeyləri qəbul etmir. Bu söz mənə çox pis təsir etdi. Mənə qarşı haqsızlıqdır".

Qeyd edək ki, bu, Afət Fərmanqızı Rusiyada yaşayan azərbaycanlı Mamed Nanacanovla ailəlidir. Müğənni bir müddət əvvəl "Rəngarəng Səhər" proqramında qonaq olarkən verilişdə sənətçinin ilk həyat yoldaşı ilə fotosu efirdə göstərilmişdi.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR