Çox yumurta yeməyin bu zərərləri var

Yumurtanın insan orqanizminə faydaları olsa da, çox yumurta yemək müəyyən sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yumurtanın həddindən artıq qəbulu bu problemlərə yol aça bilər:

Ürək xəstəliyi riskinizi artıra bilərsiniz

Gündə bir yumurta yeyirsinizsə, heç bir risk olmayacaq, ancaq bu normanı artırsanız və hər gün səhər yeməyi üçün 3 yumurta yeyirsinizsə, bu, xolesterinin səviyyəsini yüksəldəcək və bu da öz növbəsində ürək-damar sisteminə mənfi təsir göstərəcək.

Kilo qazana bilərsiniz

Əgər siz tez-tez yağlı kolbasa kimi ağır qidalarla yumurta yeyirsinizsə, səhər yeməyində daha çox kalori qəbul etmiş olacaqsınız və bu, tədricən çəki artımına gətirib çıxaracaq.

Diabet inkişaf riskinizi artıra bilərsiniz

2009-cu ildə edilən bir araşdırmaya görə, həftədə yeddidən çox yumurta yeyən insanların daha az yumurta yeyənlərə nisbətən diabetə tutulma riski iki dəfə yüksəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı