Fofana "Milan"a keçdi

Yussuf Fofana "Milan"da karyerasını davam etdirəcək.

Metbuat.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Yussuf Fofana "Monako"dan ayrılaraq "Milan" klubuna keçib.

24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Fofana "rossoneyerilər" adlanan "Milan"ın heyətində 29 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Fofana 2022-ci ildən Fransa milli komandasında oynayır və indiyədək millidə keçirdiyi 21 oyunda 3 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR