Bu şəxslər hər gün nar şirəsi içməlidir

Nar ən çox istehlak edilən, həm özü, həm də şirəsi ilə orqanizmə faydalı meyvələrdəndir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, nar şirəsi qan təzyiqi və xolesterini aşağı salır, iltihabla mübarizə aparır və qanda şəkərin artmasının qarşısını alır. Mütəxəssislər bildirir ki, nar şirəsinin tərkibində insanın immun və ürək-damar sistemini dəstəkləyən çoxlu vitamin və minerallar var.

Bu şirənin tərkibində yüksək miqdarda C vitamini, antioksidantlar və flavonoidlər var ki, bu da həddindən artıq iltihabın qarşısını alır və hüceyrələrin düzgün işləməsini təmin edir. O həm də stress və yuxusuzluğa qarşı faydalıdır.

Eyni zamanda, nar şirəsində olan antioksidantlar immunitet sisteminizin düzgün işləməsini təmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı