Çin Avropa İttifaqının qərarına etiraz etdi

Çin Avropa İttifaqının Çindən idxal edilən elektriklə işləyən avtomobillərə tətbiq etdiyi gömrük rüsumu layihəsinə etiraz edib.

Metbuat.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) Avropa İttifaqının (Aİ) Çin istehsalı olan elektrik avtomobillərinə tətbiq edilən tariflərlə ilə bağlı yenidən işlənmiş layihəsinə qəti şəkildə qarşı olduğunu bildirib.

Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, qurum bəyan edib ki, tariflərlə bağlı qərar Çinin Aİ-dəki əməliyyatları və investisiyaları üçün “böyük risklər və qeyri-müəyyənlik” daşıyır. CAAM açıqlamasında yüksək tariflərin "Avropada fəaliyyət göstərən və investisiya yatıran Çin müəssisələrinin etibarına xələl gətirdiyini" bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Çin istehsalı avtomobillərə 36,3 faizə qədər tariflər təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı