"Youtube"dən kanal sahiblərini sevindirəcək yenilik

"Google" oğurlanmış "Youtube" kanallarını geri qaytarmaq üçün yeni bir vasitə yaradıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yenilik sayəsində oğurlanan hesabları geri qaytarmaq asanlaşacaq. "Google" bu yeni funksiyada süni intellektdən istifadə edib və hesabı geri qaytarma prosesini avtomatikləşdirib.

Hesabının oğurlandığını düşünənlər bir neçə suala ardıcıllıqla cavab verərək hesabı təhlükəsiz hala gətirə biləcəklər. Yeni alət "Youtube Yardım Mərkəzi"ndə yer alacaq. Hazırda sadəcə ingiliscə olan alət yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR