Azarkeşlər silah şirkətinin kluba sponsor olmasını istəmir

"Borussiya Dortmund" azarkeşləri klubun silah istehsalçısı "Rheinmetall" ilə sponsorluq müqaviləsi imzalamasına etiraz edirlər.

Metbuat.az xəbər verir ki, azarkeşlər Bundesliqada mövsüm start götürdükdən sonra kütləvi etirazlarla başlamağı planlaşdırırlar. Klubun azarkeşlər birliyinin yaydığı müraciətdə deyilir:

"Biz bir silah şirkətinin ictimai imicini yaxşılaşdırmaq üçün "Borussiya Dortmund"dan istifadə olunmasından imtina edirik. Bu prosesdə öz dəyərlərindən imtina edən BVB rəhbərliyini rədd edirik".

Qeyd edək ki, klub Düsseldorfda yerləşən silah istehsalçısı "Rheinmetall" ilə üç illik sponsorluq müqaviləsi bağlayıb. Almaniyaya məxsus "Rheinmetall"ın bu il təqribən 10 milyard avro (11,1 milyard dollar) məbləğində rekord məbləğdə satış edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı