Azərbaycan bu ilin yanvar-iyul aylarında 19,7 milyon dollar dəyərində 25,8 min ton şəkər ixrac edib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 29,3% çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 1,05% təşkil edib.