​İsrail müxalifəti hökumətin istefasını tələb edir

İsraildə müxalifət liderləri baş nazir Binyamin Netanyahu başda olmaqla, HƏMAS-ın hücumları zamanı xidmət etmiş bütün səlahiyyətli siyasətçiləri və əsgərləri istefa verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, müxalifət lideri və keçmiş baş nazir Yair Lapid İsrail dövlət televiziyası KAN-a verdiyi açıqlamada bildirib ki, o hakimiyyətdə olsaydı HƏMAS-ın İsrailə hücumu mümkün olmazdı. Müxalifət lideri baş nazir Binyamin Netanyahu və Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla, HƏMAS-ın irimiqyaslı hücumu zamanı vəzifədə olan siyasi və hərbi rəsmiləri istefaya çağırıb.

İsrailin Hərbi Nazirlər Kabinetinin keçmiş üzvü Qadi Eisenkot də İsrail Ordusu radiosuna verdiyi açıqlamada müharibə vəziyyəti yekunlaşdıqdan sonra bütün komandirləri istefa verməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı