Arda üçün əla fürsət yarandı - Qarşıdakı bir ay ərzində...

"Real Madrid"də forma geyinən türk futbolçu Arda Gülər daha çox meydana çıxmaq üçün fürsət yaxalayıb.

Metbuat.az Marca-ya istinadən xəbər verir ki, madridlilərin əsas hücumçusu Cudi Bellinqem zədələnib. O, 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Məlumata görə, ingilis futbolçunun yoxluğunda baş məşqçi Karlo Ançelotti iki futbolçuya şans verə bilər. Bunlardan biri Luka Modriç, digəri isə Arda Gülərdir.

Bellinqemin yoxluğunda meydana çıxmağa ən güclü namizədin məhz Arda Gülər olduğu bildirilir.

Qeyd edək ki, Arda Gülər bu mövsüm 2 matçda sadəcə 5 dəqiqə meydanda qala bilib. Futbolçunun daha çox meydanda olmaq istədiyi və bu durumun onda narazılıq yaratdığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR