"Fənərbağça" 50 milyonluq futbolçu üçün danışıqlara başlayır

Ferdi Kadıoğlunu satan "Fənərbağça" onun yerinə transfer etmək üçün axtarışlara başlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, klubla bağlı yeni transfer iddiası ortaya atılıb. Belə ki, İstanbul təmsilçisinin "Çelsi"də forma geyinən Ben Çilvellə maraqlandığı deyilir.

Çelsi 2020-ci ildə 50 milyon avro qarşılığında "Lester"dən rənglərinə bağladığı Çilveli bu mövsüm heyətdə düşünmür. Ferdi Kadıoğlu transferinin rəsmiləşməsindən sonra türk klubunun Çilvellə görüşmələrə başlayacağı bildirilir.

27 yaşlı Çilvel ötən mövsüm "Çelsi"də 21 oyuna çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı