"Qarabağ"ı meydanda cəzalandıra bilərik - Sergey Yakiroviç

"Qarabağ" ilk dəqiqələrdən təzyiq göstərəcək.

Metbuat.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

Komandanın rəsmi saytına danışan mütəxəssis onları çətin görüşün gözlədiyini deyib:

"Azərbaycanda çox rütubətli hava şəraiti mövcuddur. Bizim üçün çətin olacaq. "Qarabağ" ciddi komandadır. İlk oyunda gördük ki, bəzi epizodlarda bəxtimiz gətirdi. Qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq. "Qarabağ" ilk dəqiqələrdən təzyiq göstərəcək. Rəqib komanda risk etsə, onları meydanda cəzalandıra bilərik".

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR