"Barselona"dan Madridə getdi - Sürpriz transfer

"Barselona" növbəti futbolçunu klubdan göndərib.

Metbuat.az xəbər verir ki, müdafiəçi Kleman Lanqlen icarə əsasında "Atletiko Madrid" klubuna keçib. Məlumata görə, müqavilənin müddəti bir mövsüm üçün nəzərdə tutulub. Ötən il icarə əsasında İngiltərənin "Aston Villa" klubunda çıxış edən müdafiəçi bu mövsümün sonuna kimi "Atletiko Madrid"də çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl Vitor Roke icarə əsasında "Real Betis"ə gedib. Mikayıl Faye isə "Renn" klubuna transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR