"Sabah" Almaniya Bundesliqa təmsilçisinə qalib gəldi

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu təlim-məşq toplanışı keçdiyi Litvada ilk yoxlama matçına çıxıb.

Metbuat.az xəbər verir ki, "bayquşlar" hazlıq oyununda Almaniya Bundesliqa təmsilçisi "Rostok Sivulvz"la üz-üzə gəlib. Qarşılaşma Bakı komandasının 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR