Uilyamsın yerinə onu alırlar - Həm ucuz, həm də təcrübəli

“Atletiko Bilbaonun” futbolçusu Niko Uilyamsı transfer edə bilməyən “Barselona” klubu yeni oyunçu ilə danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, “Barselona” “Yuventus”un futbolçusu Federiko Çeza ilə razılıq əldə edib. İddialara görə, həm transfer dəyəri, həm də futbolçunun az məvacib tələb etməsi “Barselona”nı razı salıb. Lakin futbolçu “Barselona”ya keçməsi üçün ona qeydiyyat məsələsində söz verilməsini istəyib. Bildirilir ki, bu məsələdə problem olarsa, futbolçu digər varianatları nəzərdən keçirəcək. “Liverpul” klubunun futbolçunun transferində maraqlı olduğu deyilir.

Qeyd edək ki, “Barselona” maliyyə məsələlərinə görə yeni transferləri çətinliklə qeydiyyatdan keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR