“Qarabağ”-“Dinamo” matçı sükutla başlayacaq

Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.

Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək.

İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.

Bir gün sonra isə “Zirə” meydana çıxacaq. “Qartallar” Kiprdə 0:6 hesabı ilə uduzduğu “Omoniya” ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı