"Trabzonspor"un maraqlandığı futbolçu "Ayaks"a keçdi

İngiltərə komandalarından "Bernli"nin heyətində düşünülməyən Veqorst yenidən Erediviziyada çıxış edəcək.

Metbuat.az bildirir ki, Niderland mediası "Ayaks" və "Bernli"nin futbolçunun transferi ilə bağlı razılaşması barədə məlumat yayıb. Veqorstun bu gün tibbi müayinədən keçəcəyi və transferin qısa müddətdə rəsmiləşəcəyi bildirilib.

Hollandiyalı hücumçu transfer dönəmində də "Trabzonspor"un gündəmində olub. Ötən mövsümü Bundesliqa komandalarından olan Hoffenhaymda başa vuran Veqorst daha əvvəl "Beşiktaş" və "Mançester Yunayted"də icarədə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR