Nazirliyin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşı tərəfindən nazirliyin 30 illik yubileyi münasibətilə Ulu Öndərin adını daşıyan “Heydər zirvəsi”nə (3751 metr) yürüş təşkil olunub.

Metbuat.az xəbər verir ki, yürüşdə nazirliyin əməkdaşlarını Azərbaycan Alpinizm Federasiyanın baş katibi İsrafil Aşurlı müşayiət edib.

Yürüş iştirakçıları Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra nazirliyin loqosunu əks etdirən bayrağı “Heydər zirvəsi”ndə yerləşdiriblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi 1994-cü il iyulun 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR