"Qarabağ"ın yeni transferi ilə bağlı maraqlı detal - Özü gəlibmiş

Xəbər verdiyimiz kimi, “Qarabağ” Aleksey Kaşukun transferini tamamlayıb.

Metbuat.az xəbər verir ki, “Qarabağ” futbolçunu mövsümünün əvvəlində transfer etməyə çalışsa da, məvacib məsələsinə görə anlaşma əldə olunmamışdı.

Lakin ardınca futbolçu özü Bakıya gələrək, daha aşağı maaşla öz xidmətini “Qarabağ”a təklif edib. Ağdam təmsilçisinin rəhbərliyi və baş məşqçi Qurban Qurbanov məsləhətləşmələrdən sonra keçidə razılıq verib. Bildirilir ki, futbolçu əvvəl "Qarabağ"dan 500-600 min dollar tələb edib. Daha sonra isə 240 min dollara razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı