Ançelotti sözünə xilaf çıxdı - Ardayla ulduzları barışmır

“Real Madrid”də Arda Gülerlə bağlı gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, Ardanın klubdan getməsi də gündəmə gəlib. İspaniya mətbuatının iddiasına görə, baş məşqçi Karlo Ançelotti Ardaya şans verməsə, futbolçu klubdan ayrıla bilər. Ardanın “Fənərbaxça”ya qayıda biləcəyi iddia edib. Qeyd edilir ki, Bellinqhem və Kamavinqanın zədələri səbəbindən Arda "Real Madrid"in "Betis"ə qarşı heyətində yer alsa da, Ançelotti onu meydana buraxmayıb. "Arda Güler Bellinqhem və Kamavinqa zədəli olsa belə oynamayacaqsa, nə vaxt oynayacaq?" sualı İspaniya mətbuatının gündəmindədir.

İddia edilir ki, Karlo Ançelotti mövsümün əvvəlində Ardaya daha çox şans verəcəyini bildirib. Ançelottinin sözünə əməl etməməsi Ardanı əsəbləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı