Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərindəki U-20 dünya çempionatında gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, həlledici mərhələdə qırğızıstanlı Asan Janişovla üz-üzə gələn idmançımız 0:8 hesabı ilə məğlub olaraq mundialı ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR