"Fənərbağça"ya keçəcəyi deyilən Tellesin klubu bilindi

Bir müddət “Qalatasaray”da da çıxış edən braziliyalı sol cinah müdafiəçisi Aleks Telles ölkəsinin komandalarından “Botafoqo”ya transfer olunub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası ilə müqaviləsini ləğv etdikdən sonra transfer haqqını alan Telles “Botafoqo” ilə 2026-cı ilin sonuna qədər qüvvədə olan müqavilə imzalayıb.

31 yaşlı futbolçu sonuncu dəfə çıxış etdiyi "Əl Nəsr"də 38 matçda meydana çıxıb və 3 qol, 5 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, futbolçunun adı son günlərdə "Fənərbağça" ilə çəkilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı