"Atəşkəs anlaşması 90% hazırdır" - KİV

ABŞ-nin yüksək rütbəli rəsmisi telekonfransla keçirdiyi mətbuat konfransında Qəzzada atəşkəs prosesi ilə bağlı son vəziyyəti və danışıqların təfərrüatlarını dəyərləndirib.

Metbuat.az İndependent-ə istinadən xəbər verir ki, hazırda masada olan razılaşma təklifi HƏMAS-ın iyulda əvvəllər razılaşdığı mətnlə böyük ölçüdə üst-üstə düşür.

Rəsmi qeyd edib ki, müqavilə mətnində 18 fəsil var, bunlardan 14-ü başa düşülür və əvvəlki mətnlə eynidir, 1 fəsil texniki detallardan, qalan 3 fəsildə isə Fələstinli əsir və məhbusların mübadilələri ilə bağlı təfərrüatlar var.

ABŞ rəsmisi əsir mübadiləsi ilə bağlı bölmələrdə hələ müzakirə ediləcək mövzuların olduğunu qeyd edərək, "Əsasən atəşkəs razılaşmasının 90 faizi razılaşdırılıb" - deyə, bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı