Bu qidalar piylənmənin qarşısını alır

Son illərdə insanların ən çox əziyyət çəkdiyi problemlərdən biri də piylənmədir. Mütəxəssislər artıq piylənmənin qarşısını alan qidaların adlarını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:

Alma sirkəsi - Ən əsas xüsusiyyəti qan şəkərini və xolesterini tənzimləməsidir. Bu şəkildə qida istehlakı ehtiyacını minimuma endirir. Həm də maddələr mübadiləsini 20% sürətləndirir.

Çia toxumu - Qida dəyəri baxımından toxluq hissi verir, beləliklə də insanın qida istehlak etmə ehtiyacını azaldır.

Kokos və onun yağı - Sağlam yağlardan biri olan kokos yağı qarın əritmək üçün də istifadə edilir. Hormonları balanslaşdıran kokos yağı tiroid hormonunun nizamlı işləməsini təmin edərək maddələr mübadiləsi sürətini artırır.

Bitki çayları - Tərkibində az miqdarda kofein olan bir çox bitki çayları maddələr mübadiləsinin sürətini artırır. Pəhriz dövrlərində bitki çaylarının istehlakı maddələr mübadiləsi sürətini 20% artırır. Gün ərzində müntəzəm olaraq istehlak edilərsə, qarın yağları yandırıla bilər.

Qreypfrut - Çox faydalı meyvə olan qreypfrut, azacıq acı dadına görə çox istehlak edilməsə də, yağ yandırma məsələsində ön plandadır. Xüsusilə səhər yeməyində meyvə şirəsi kimi qatqısız istehlak edilərsə, maddələr mübadiləsi sürətini 30% artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı