Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Lamiyə

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu “Şöhrət” ordeni ilə təltif olunan, Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən atlet bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib:

"Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Bu, mənim üçün gözlənilməz oldu. Çünki ölkəyə yeni qayıtmışam, çox sevincli olduğum üçün heç nə düşünə bilmirdim. Onsuz da çox sevinirdim ki, Azərbaycan xalqı mənə bu qədər diqqət göstərir. Bir sözlə, şokdayam. Ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan xalqına dərin təşəkkür edirəm".

Qeyd edək ki, L.Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb. O, həmçinin 100 metr məsafəyə qaçışda 11.76 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı