Azərbaycanda ilk dəfə “Formula Drift Azerbaijan” yarışı keçirildi

Azərbaycanda ilk dəfə “Formula Drift Azerbaijan” yarışı keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi və “Nargis” Fondunun təşkilati dəstəyi ilə iki gün ərzində “Test and Training Azerbaijan” Təlim Mərkəzində baş tutan yarışda ölkəmizin 12 pilotu iştirak edib.

Yarışın birinci günü kvalifikasiya turu olub. Bu turda Niyaz Bediyev - birinci, Rəhman Şıxəliyev – ikinci, Elvin Xudaverdiyev isə üçüncü yerə layiq görülüblər.

Yarışın növbəti günü isə “Formula Drift Azerbaijan”ın açılış mərasimi, drift avtomobillərinin paradı və pilotlarla tanışlıq olub.

Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışın qalibi Niyaz Bediyev olub. İkinci yerdə Elvin Xudaverdiyev, üçüncü yerdə isə Rəhman Şıxəliyev qərarlaşıb.

Birinci yerin sahibi 3000 AZN, ikinci yer - 2000 AZN, üçüncü yerin sahibi isə 1000 AZN dəyərində mükafatlandırılıb. Qaliblərə həmçinin kubok, medal və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Formula Drift Azerbaijan” yarışı xaricdən dəvət olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarışla yanaşı yeni və klassik avtomobillərin sərgisi keçirilib, ziyarətçilər üçün xüsusi əyləncə zonaları təşkil olunub, tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim edilib.

Yarışda “Sveza”, “VTB Bank”, “MG Motors”, “AMSOIL Azerbaijan”, “ENEOS Azerbaijan”, “Shokki Mokki”, “E-Point”, “Berga”, “Honghi Azerbaijan”, “Maserati Azerbaijan”, “Avatr Azerbaijan”, “166/156 Daşınma Şirkəti”, “Xpeng Azerbaijan”, “Red Bull Azerbaijan” və “Llumar Azerbaijan” brendləri dəstəyi ilə seçilib.

Xatırladaq ki, “Formula Drift Azerbaijan” yarışı il ərzində ümumilikdə 5 mərhələdən ibarət olacaq və gələcəkdə Azərbaycan üzrə drift çempionunu müəyyən etmək üçün gözəl bir platformaya çevrilmək şansı yüksəkdir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı