Qvardiola gedir, yerinə o gəlir - "Siti"də gözlənilməz ayrılıq

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, o mövsümün sonunda klubdan ayrılmağa qərar verib. “Todofichajes”in xəbərinə görə, Qvaridola 2024/25 mövsümündə "Mançester Siti"ni çalışdırmağa razılaşsa da, mövsümün sonunda komandanı tərk etmək istəyir. İddia edilir ki, "Mançester Siti" Qvaridolanı əvəz etmək üçün artıq namizədi də müəyyənləşdirib. "Mançester Siti" "Jirona"nın çalışdırıcısı Mişeli kluba gətirmək istəyir.

Qeyd edək ki, Mişel ötən mövsümü "Jirona" ilə "Barselona"dan 4 xal geridə qalaraq 3-cü yerdə başa vurub. Bununla da, “Jirona” Nəhənglər Liqasına vəsiqə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR