İngiltərə nəhəngi Osimheni yanvarda almaq istəyir

"Qalatasarının" ən məşhur transferlərindən olan Viktor Osimhen üçün növbəti dəfə "Çelsi" iddiası ortaya atılıb.

Metbuat.az türk mediasına istinadən bidirir ki, "sarı-qırmızılar"ın icarə əsasında heyətinə qatdığı Osimhen üçün London klubu hərəkətə keçib. "Çelsi" ara transfer dövründə Viktor Osimheni transfer haqqı ilə heyətinə qatmaq istəyir.

İngiltərə komandasının Osimhen üçün "Qalatasaray"a 6 milyon avro ödəməyə hazır olduğu deyilir. "Sarı-qırmızılar" mövsümü nigeriyalı hücumçu ilə başa vurmaq istəyir, baş məşqçi Okan Burukun planları Osimhen və İkardini birlikdə oynatmaqdır.

"Qalatasaray"ın "Çaykur Rizəspor"u qəbul etdiyi matçda Viktor Osimhen ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR