Ölkədə suyun qiyməti artacaq? - RƏSMİ

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Minval.az-a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar bağlı xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı