“Mançester Siti” büdrədi, “Borussiya”dan inamlı qələbə - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Metbuat.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Seltik” (Şotlandiya) evdə “Slovan”a, (Slovakiya) “Borussiya” (Almaniya) səfərdə “Brügge”yə (Belçika) qalib gəlib.

PSJ (Fransa) "Jirona"dan (İspaniya) güclü olubsa, “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) matçında hesab açılmayıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
“Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı