"Benfica" Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

Çempionlar Liqasında bu axşam səfərdə "Srvena Zvezda" ilə qarşılaşacaq "Benfika"nın texniki heyəti Kerem Aktürkoğlu ilə bağlı qərarını verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Kerem Aktürkoğlunun da klubun sosial media hesablarında paylaşılan matç günü postuna daxil olması diqqət çəkib. Futbolçunun bu axşam "Srvena Zvezda" ilə qarşılaşmada start 11-də yer alacağı dəqiqdir.

Qeyd edək ki, "Qalatasaray"ın 12 milyon avroya "Benfika"ya göndərdiyi Kerem Aktürkoğlu Portuqaliya komandasındakı macərasına gözəl başlayıb. "Benfika" ilə ilk matçını "Santa Klara"ya qarşı keçirən Kerem Aktürkoğlu yaxşı çıxışını qolla tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı