Milli Məclis sədrinin müavinləri bəlli oldu - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR