Ruslar ilk dəfə bu ölkənin texnikasından istifadəyə başladı

Ruslar Ukraynadakı müharibədə Çinin "ZFB-05" zirehli maşınlarından istifadə etməyə başlayıblar.

Metbuat.az bildirir ki, bununla bağlı rus "Telegram" kanallarında məlumat yayılıb. "BİLD" nəşrinin eksperti Julian Röpke görüntülərin həqiqiliyini təsdiqləyib və deyib ki, bu, Ukraynada Çin hərbi texnikasının istifadəsinə dair ilk sübutdur.

Qeyd edilir ki, ruslar bu kiçik, manevrli maşınlardan şəxsi heyəti minalanmış sahələr vasitəsilə döyüş əməliyyatları yerinə çatdırmaq üçün istifadə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR