"Real" onu almaq istəyir - Gəlsə Ardanın üstündən xətt çəkiləcək

Bundesliqa nəhəngi "Bavariya"nın gənc ulduzu Musiala dünya nəhənglərinin diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, “Mançester Siti” Musialanı transfer etmək üçün 100 milyon avroluq təklif irəli sürüb. Məlumata görə, “Real Madrid” də futbolçunu almaq üçün hərəkətə keçib. Bildirilir ki, Musialanın 2026-cı ilə qədər müqaviləsi var və hələ ki, bu müqavilənin uzadılması üçün danışıqlara başlamayıb. Məlumata görə, “Real” Musialanı Cud Bellinghemin potensial əvəzedici hesab edir. Həm də, Bellinghem başqa mövqedə də oynaya bildiyi üçün Musiala onun yerində oynaya bilər. Musialanın gələcəyi təqdirdə digər futbolçular kimi türk oyunçu Arda Gülerin klubdakı mövqeyi maraq doğurur.

“Mançester Siti” isə Musialanı Kevin De Bruynenin əvəzedicisi hesab edir. Kevin De Bruynenin Səudiyyə Ərəbistanına transferi gündəmdədir. "Mançester Yunayted", "Liverpul" və "Çelsi" də Musiala ilə maraqlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR