"Qarabağ" Londonda problemlə üzləşdi - Matçın vaxtı dəyişə bilər

UEFA Avropa Liqasında baş tutacaq "Tottenhem"- "Qarabağ" matçının başlama vaxtı dəyişə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə CBC sport məlumat yayıb. Bildirilir ki, "Qarabağ" futbolçularının olduğu avtobus İngiltərədə tıxaca düşüb. Buna görə də, futbolçular stadiona vaxtında çatmaya bilər.

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin I turunun matçı olan "Tottenhem Hotspur" - "Qarabağ" matçının Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR