İsrail ordusu Hizbullah təşkilatının liderinin öldürülməsi ilə bağlı yayılan məlumatın doğru olduğunu bəyan edib.
Metbuat.az xəbər verir ki, bu barədə İsrailin yerli mediası məlumat yayıb.
Bildirilib ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.
“Hizbullah” hələ ki xəbəri təsdiqləməyib.