Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatacaq.
Metbuat.az-ın məlumatına görə, futbol azarkeşləri bu axşam 9 qarşılaşmanı izləyə biləcəklər.
Əsas oyunlar arasında Almaniyanın “Bavariya” komandası İngiltərədə “Aston Villa”ya qarşı mübarizə aparacaq, “Liverpul” evində “Bolonya” ilə qarşılaşacaq, və İtaliyanın “Yuventus” klubu Almaniyanın “Leyptsiq” komandası ilə səfər oyununa çıxacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
2 oktyabr
20:45. "Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya)
20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)
23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)
23:00. "Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Atletik" (Bilbao, İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)
23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)
23:00. "Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)
Qeyd edək ki, III tur oktyabrın 22-də başlayacaq.