G7 liderləri razılıq verdi - İrana hücum təşkil ediləcək

ABŞ Prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bəyan edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İrana cavab onun təşkil etdiyi hücuma uyğun olmalıdır. Baydenin sözlərinə görə, israilli həmkarlarla danışıqlar davam edir və İrana necə cavab verəcəkləri müzakirə edilir. Bayden, həmçinin G7 liderləri ilə birgə telekonfrans təşkil etdiklərini İsrailin mümkün hücumları barədə danışdıqlarını ifadə edib.

O qeyd edib ki, G7 liderləri ilə İsrailin İrana onun hücumuna uyğun formada cavab vermək məsələsində razılıq əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı