Qəzza zolağında infrastrukturun 90 faizindən çoxu məhv olub

İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında idman obyektləri də daxil olmaqla infrastrukturun 90 faizindən çoxu məhv olub.

Metbuat.az xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas belə açıqlama verib. O, Qətərin paytaxtı Dohada “İdman diplomatiyası” adı altında keçirilən Asiya Əməkdaşlıq Dialoqu sammitindəki çıxışında Fələstindəki vəziyyətdən danışıb. Fələstinli idmançıların İsrailin bütün çətinliklərinə baxmayaraq yarışlarda iştirak etdiyinə diqqət çəkən Abbas, fələstinli idmançıların qürurverici uğurlara imza atdıqlarını bildirib.

Asiya Əməkdaşlıq Dialoqu sammitinin İsrailin hücumları səbəbiylə Yaxın Şərqin böyük təhlükə ilə üzləşdiyi bir vaxtda keçirildiyinə diqqət çəkən Abbas, Fələstin və Livan xalqının İsrailin vəhşi hücumlarına məruz qaldığını xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı