İsrail və İranın hərbi gücü 8 müxtəlif meyara əsaslanaraq araşdırılıb. Bu meyarlar arasında insan gücü, hava gücü, quru qüvvələri, dəniz qüvvələri, resurslar, maliyyə imkanları, logistika və coğrafi mövqe kimi faktorlar nəzərə alılnıb. Araşdırma nəticələri iki ölkənin hərbi güclərini konvansional müharibə şərtlərinə görə müqayisə edilib.
Metbuat.az "NTV"yə istinadən xəbər verir ki, araşdırma ABŞ-nin "Global Firepower" şirkəti tərəfindən aparılıb.
Araşdırmanın nəticəsindən aydın olur ki, hər iki ölkənin güclü və zəif tərəfləri fərqlidir. İsrail hava üstünlüyünə malik olsa da, İran daha geniş resurs və logistika imkanlarına sahibdir. İranın konvansional müharibədə daha çox sahədə üstünlük əldə edə biləcəyi bildirilir. Lakin bu üstünlüklər müharibənin nəticəsini tam müəyyən etməyə kifayət etmir. Strategiya, beynəlxalq dəstək və digər faktorlar hərbi qarşıdurmanın nəticələrini dəyişə bilər.