"Samsung" bu müqayisədə "iPhone 16 Pro Max"ı üstələdi

"Samsung"un büdcə dostu telefonu "Galaxy S24 FE" oyunlarda işıq və kölgənin daha real şəkildə əks etdirilməsi metodu olan şüa izləmə (Solar Bay) testində "Apple"ın "iPhone 16" modelini üstələyib.

Metbuat.az xəbər verir ki, bu müqayisəni "GSMArena" aparıb.

Testdə "iPhone 16" və "iPhone 16 Plus"da olan A18 çipi, "Galaxy S24" və "Galaxy S24 Plus"da mövcud çipin modifikasiya edilmiş versiyası olan "Samsung Exynos 2400e" ilə müqayisə edilib. Əslində, A18 çipi əksər testlərdə "Exynos 2400e"ni geridə qoyur. Nəticədə "iPhone 16" və "iPhone 16 Plus"ın daha sürətli telefonlar olduğuna şübhə yoxdur. Lakin oyun həvəskarlarının önəm verdiyi şüa izləmə texnologiyasında "Samsung"un daha aşağı səviyyəli modelindəki prosessor "iPhone 16"nın prosessorunu üstələyir.

Təbii ki, yalnız şüa izləmə üzrə üstün olmaq telefonu qalib elan etmək üçün kifayət deyil. Amma bu, "Apple"ın iddialı modeli "iPhone 16"nın bazardakı bəzi Android telefonları ilə müqayisə oluna biləcək səviyyədə olduğunu görürük.

Bundan əlavə, AMD ilə birgə istehsal edilən "Exynos 2400e" çipi sərfəli qiymətinə baxmayaraq, proqram təminatı sürətləndirmə xüsusiyyətinə malikdir. Buna görə də bu prosessor qiymət-performans nisbəti baxımından oyunçuların sevimlisinə çevrilməyə namizəddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı