Dollarla bağlı proqnozlar dəyişdi - Qlobal gərginlik yumşalır

ABŞ-da açıqlanan məşğulluq məlumatlarından sonra ölkə iqtisadiyyatının yumşaq eniş edə biləcəyi gözləntiləri ön plana çıxdığından qlobal bazarlar həftənin ilk ticarət gününə yaxşı göstəricilərlə başlayıb.

Metbuat.az xəbər verir ki, ölkədə gözləniləndən daha yaxşı məşğulluq məlumatları iqtisadiyyatın yaxşılaşdığını, qlobal bazarlarda risk iştahını artırdığını ortaya qoyub. ABŞ-da kənd təsərrüfatı sahəsini çıxmaqla məşğulluq 254 min nəfər artarkən, işsizlik nisbəti 4,2 faizdən 4,1 faizə enib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxından izlədiyi orta saatlıq qazanc 0,4 faiz artaraq 35,36 dollara çatıb. Analitiklər açıqlanan məşğulluq məlumatlarından sonra ABŞ-da tənəzzül proqnozlarının azaldığını ifadə edib. Fed rəsmiləri liman işçilərinin tətilinin sona çatmasının ölkə iqtisadiyyatı üçün yaxşı xəbər olduğunu bildirib. Buna görə də, FED siyasətçilərinin əksəriyyəti faiz dərəcələrinin çox düşəcəyini irəli sürüblər. FED-in növbəti iclasında faiz dərəcələrini 25 baz bənd aşağı salınacağı deyilir.

Qeyd edək ki, FED-in qərarları dolların dünyadakı mövqeyinə də təsir edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı