Afətin keçmiş əri toya xanımı ilə gəldi - FOTO

Müğənni Afət Fərmanqızı ötən gün paytaxtın məşhur məkanlarından birində oğlu Hüseynə övladına toy edib.

Metbuat.az titul.az-a istinadən xəbər verir ki, məclisdə xanım ifaçının qohumları ilə yanaşı, sənət yoldaşları da iştirak edib.

Gələn qonaqlar arasında ən çox diqqətçəkən şəxs(lər) isə Afət Fərmanqızının keçmiş həyat yoldaşı və onun ailə üzvləri olublar. Hüseynin atası (Afətin ilk həyat yoldaşı) toya ikinci həyat yoldaşı və övladları ilə birgə gəlib. A.Fərmanqızı onların masasına yaxınlaşaraq xoşgəldin deyib: Öz məclisinizdir. Müğənni ilk həyat yoldaşının ikinci xanımını da təqdim edərək "Hüseynin ikinci mamasıdır. Kostyumunu onlar seçib", - deyərək münasibətlərinin normal olduğuna eyham vurub.

Qeyd edək ki, A.Fərmanqızının oğlu xaricdə təhsil alıb. O, hazırda Avropada yaşayır və orada işləyir. Hüseyn Afətin ilk həyat yoldaşından olan yeganə övladıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı