HƏMAS-dan etiraz

ABŞ administrasiyası atəşkəs təşəbbüslərini müzakirə edərkən İsrail Qəzza zolağının şimal hissəsini məhv edən hücumlar həyata keçirir.

Metbuat.az xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzat er-Rişk belə açıqlama verib.

Rişk yazılı açıqlamasında qeyd edib ki, İsrailin Cibaliya qaçqınlar düşərgəsinə hücumu nəticəsində yüzlərlə yaralı və ölü var. Onun sözlərinə görə, İsrail Fələstin xalqının iradəsini qırmağa yönəlmiş qırğınlar təşkil edir. HƏMAS üzvü bəyan edib ki, dünya xalqları həmrəylik kampaniyalarını gücləndirmli və lazımi təzyiqləri artırmalıdır. Rişk nasist işğalının dayandırılması və Fələstin xalqının qorunmasının vacib olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı