Terim sarı vərəqə ilə bağlı qaydaların dəyişdirilməsini təklif etdi

Türkiyəli məşqçi Fatih Terim futbolla bağlı maraqlı təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, Fatih Terimin sarı vərəqə cəzaları ilə bağlı yenilik təklif edib. Bu barədə tanınmış idman jurnalisti Şansal Büyüka açıqlama verib. Fatih Terim təklif edib ki, ardıcıl 4 sarı vərəqə alan oyunçu hansı matçda meydana çıxmayacağına özü və klubu qərar verməlidir. Şansal Büyüka açıqlamasında, "Fatih Hoca bu təklifi etdi. İclasda bunu demədi. O, ardıcıl 4 sarı vərəqə alan oyunçunun hansı matçda oynamayacağına klubu ilə birlikdə qərar verilməsini irəli sürüb" deyə bildirib.

Qeyd edək ki, 4 sarı vərəqə alan oyunçu avtomatik olaraq, növbəti oyunu buraxır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı