Sui-qəsd cəhdinə məruz qalan ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp, seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb edib.
Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Bildirilir ki, Tramp İrandan ona yönəlmiş təhlükə olduğunu əsas gətirərək belə müraciət edib. Trampın seçki kampaniyasının komandası ilə ABŞ Məxfi Xidməti arasındakı yazışmalara əsaslanan iddiaya görə, Tramp İranın ona sui-qəsd etmə ehtimalı ilə bağlı narahatlığını irəli sürüb. Xəbərə görə, Respublikaçı namizədin təşviqat qrupu Trampın mitinqlərinin keçirildiyi yerlərdə əlavə uçuş qadağası, Tramp və komandası üçün xüsusi şüşə qoruyucular da istəyib.