Quterreş yenə İsraili qınadı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin Qəzzanın şimalında təşkil etdiyi hücumları qınayıb.

Metbuat.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Quterreşin İsrailin xəstəxana şəhərciyinə və məktəbə hücumuna pislədiyini qeyd edib. Quterreş intensivləşən hücumlar nəticəsində çox sayda mülki vətəndaşın öldüyünü ifadə edib. Düjarrik həmçinin bildirib ki, Quterreş bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

Qeyd edək ki, İsrail ordusu Qəzzanın şimalında hücumları yenidən intensivləşdirib. Bundan əvvəl, bölgədə hücumlar nisbətən səngimişdi. Buna görə, də sakinlər həmin bölgəyə axın etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı